Qahirə məhkəməsi 75 nəfər, o cümlədən “Müsəlman qardaşları” hərəkatının liderlərindən biri – Məhəmməd əl-Biltaci barəsində çıxarılan edam hökmünü təsdiqləyib.
Oxu.Az “Anadolu”ya istinadla xəbər verir ki, müttəhimlərin hamısı Misirin sabiq prezidenti
Məhəmməd Mursinin devrilməsinə qarşı keçirilən etiraz aksiyalarının təşkilində ittiham olunurlar.
Məhkəmədə Avropa Şurasının diplomatik nümayəndələri də iştirak ediblər.
Misir qanunlarına görə, məhkəmə qərarından 60 gün ərzində apellyasiya şikayəti vermək olar.
Rəylər