Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Milyoner 52 min dollar əmək haqqı ilə səyyah axtarır
Avstraliyalı milyoner Metyu Lepri illik 52 min dollar əmək haqqı ilə bütün dünyanı özüylə bərabər gəzəcək köməkçi axtarır. Bu barədə o, öz “YouTube” kanalında məlumat verib.
Milyoner bildirib ki, köməkçisi onunla bərabər bütün dünyanı gəzəcək və biznesini inkişaf etdirməkdə kömək edəcək.
Sığorta və bütün səfər xərcləri milyoner tərəfindən ödəniləcək.
“Səyahətlə bir arada görülən iş mənə ideal həyat yaşamağa kömək edib və mən də bir nəfərə bu şansı vermək istəyirəm”, - deyə o elanda bildirib.
Vakansiya üçün etibarlı, sosial şəbəkələrdə işləməyi bacaran, kompüter bilgilərinə malik, dəqiq, qabiliyyətli və çətinliyə dözümlü insanlar axtarılır.
Qeyd edək ki, Metyu Lepri 4 onlayn mağazaya sahibdir və bütün dünyanı gəzərək varlanmağın yollarını göstərən mühazirələr oxuyur. Onun aylıq gəliri 120 min dollar təşkil edir.
"Avstraliya" teqi üzrə xəbərlər
- Avstraliya epidemiya astanasında? Laboratoriyadan yüzlərlə öldürücü virus nümunəsi yoxa çıxdı
- Avstraliyalı bloqer "layk" xatirinə qızına dərman verib komaya saldı
- Avstraliyada 16 yaşadək uşaqlara sosial şəbəkələrə daxil olmaq qadağan edilir
- Dünyanın ən yaşlı rəqqasəsi vəfat etdi
- Azadlıq üçün 5.3 milyon dollar: Avstraliyalıların köləliklə mübarizəsi başladı
Rəylər