Türkmənistanın paytaxtı Aşqabadda yerli hakimiyyət orqanları avtomobillərdə rəngli diskləri qadağan edib.
Gümüşü rənglər istisna olmaqla, hətta ağ və boz rəngli disklərin də istifadəsinə icazə verilmir.
“Türkmənistan Xronikası” saytının verdyi məlumata görə, qadağaya əməl etməyən sürücülərin avtomobilləri və sürücülük vəsiqələri əllərindən alınır.
Həmçinin bildirilir ki, son illər rəngli disklərlə istehsal olunan yeni marka “Mercedes”, “Lexus” və “Toyota” avtomobillərinə də eyni qadağa tətbiq edilir.
Artıq avtomobil təmiri salonlarının qarşısında uzun növbələrin yarandığı bildirilir.
Rəylər