22 
İyl
2019
22:05
215
149
16147
Virtual karabakh

Dəvətsiz toya gedən Tramp gəlini öpdü - VİDEO

22 İyl, 2019
22:05
16147

Dəvətsiz toya gedən Tramp gəlini öpdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Donald Trampa məxsus qolf klubunda toy mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, toya D.Trampın şəxsən özünün təşrif buyurması qonaqlar və bəylə gəlin üçün xoş sürpriz olub.

“Make America Great Again” (Amerikanı yenidən nəhəng et) devizi altında keçirilən mərasimdən xəbər tutan prezident dəvət gözləmədən məclisə yollanıb.

ABŞ Prezidentini sevən, onun siyasətini birmənalı şəkildə dəstəkləyən və ona sadiq olan Respublikaçılar Pi Cey Monqolli və Nikol Mari kumirlərini (red - D.Trampı) məmnunluqla qarşılayıblar.

D.Tramp isə öz növbəsində cütlüyü səmimi qəlbdən təbrik edib, onlara xoşbəxtlik arzulayıb. Hətta ölkə başçısı gəlini öpüşlə mükafatlandırıb.

Cütlük seçicilərə çox diqqət və qayğı göstərdiyi üçün Trampa minnətdarlığını bildirib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri