Beyrut limanında baş vermiş güclü partlayışdan sonra şəhər infrastrukturuna dəymiş ziyan hesablanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Livan Prezidenti Mişel Aunun “Twitter” hesabında məlumat verilib.
Qeyd olunur ki, ilkin hesablamalara görə, Livana dəymiş zərərin həcmi 15 milyard dolları ötüb.
Xatırladaq ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda, liman ərazisində yerləşən anbarlarda güclü partlayış baş verib.
Nəticədə, 200-dən çox adam ölüb, beş mindən çox insan yaralanıb, şəhərdəki binalara və infrastruktura ciddi ziyan dəyib.
Rəylər