Böyük Britaniyada dünyanın ən bahalı qoyunu satılıb.
“İndependent” xəbər verir ki, qoyun Şotlandiyada “Scottish National Texel Sale” auksionunda hərrəca çıxarılıb.
O, rekord qiymətə - 367,5 min funt sterlinqə (828,308 AZN) satılıb.
“Double Diamond” (İkiqat brilliant) ləqəbli qoyun ilk dəfə 10,5 min funt sterlinqə (23,665 AZN) təqdim edilib.
Əvvəlki rekord 2009-cu ildə Şotlandiyanın Lanark şəhərində auksionda 231 min funt sterlinqə (520,650 AZN) satılan qoçun qiyməti olub.
Rəylər