Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar ABŞ-nin Nyu-York şəhərində Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirləri ilə görüş keçirib.
Oxu.Az "Dawn" nəşrinə istinadən xəbər verir ki, BMT Baş Assambleyası çərçivəsində baş tutan görüşdə daha əvvəl imzalanmış birgə müdafiəyə dair üçtərəfli Məkkə sazişinin institusional strukturlarının yaradılması prosesi diqqət mərkəzində olub.
Danışıqlarda Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan və Türkiyənin XİN rəhbəri Hakan Fidanla mühüm müzakirələr aparılıb.
İ.Dar "X" sosial şəbəkəsindəki hesabında qeyd edib ki, tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi ediblər.
Xatırladaq ki, avqustun 7-də Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında birgə müdafiə haqqında Məkkə sazişi imzalanıb. Sənədə əsasən, iştirakçı dövlətlərdən hər hansı birinə edilən hücum bütün müttəfiqlərə qarşı edilmiş hücum kimi qiymətləndiriləcək.