Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Hüseyn Səlami: “İran Qasım Süleymaninin qisasını qadından almayacaq”
İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Hüseyn Səlami İraqda öldürülən general Qasım Süleymaninin qisasını ancaq onun qətlə yetirilməsində iştirak edən şəxslərdən alınacağını bəyan edib.
İranlı hərbçinin fikirlərini “Tasnim” agentliyi dərc edib.
“Cənab Tramp, böyük generalımızın qisası realdır və ciddidir. Siz düşünürsüz ki, qardaşımızın və şəhidimizin qanının haqqını ABŞ-ın Cənubi Afrikadakı səfiri olan qadından alacağıq? Biz bu böyük insanın ölümündə birbaşa və ya dolayı yolla iştirak edənlərə zərbə endirəcəyik”, - deyə SEPAH-ın yüksək rütbəli hərbçisi vurğulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ xüsusi xidmət orqanlarının yaydığı məlumatda qeyd olunurdu ki, İran tərəfi “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymaninin qisasını almaqdan ötrü ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfiri Lana Marksa sui-qəsd təşkil etməyə hazırlaşır.
"Cənubi Afrika" teqi üzrə xəbərlər
- Afrikada kəskin istidən sonra şiddətli qar yağdı, dövlət sərhədi bağlandı
- Qərbi tamamilə geridə qoyacaq təşkilat: Yeni təşəbbüs Azərbaycana nə vəd edir?
- Almaniyalı məşqçi bir ay öncə sükanı arxasına keçdiyi komandadan intim qalmaqala görə ayrılıb
- Cənubi Afrikada məktəbli avtobusu aşıb: Ölənlər və yaralananlar var
- BRİKS vahid valyuta və ödəniş sistemi tətbiq edəcək
Rəylər