24 
May
2021
12:42
25
359
10896
Virtual karabakh

Hindistanda həkimlər minlərlə xəstənin gözünü çıxardı - FOTO

24 May, 2021
12:42
10896

Hindistanda həkimlər minlərlə xəstənin gözünü çıxardı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistan koronavirus epidemiyasının səbəb olduğu mukormikoz (“qara kif”) xəstəliyinə görə həkimlər minlərlə xəstənin gözünü çıxarmaq məcburiyyətində qalıb.

Bu barədə “Haber Global” xəbər yayıb.

Məlumata görə, infeksiyanın beyinə düşməsinin qarşısını almaq üçün yoluxanların təqribən 60 faizinin bir və ya hər iki gözü çıxarılıb.

Həkimlər COVID-19 müalicəsində istifadə olunan steroidlərlə “qara kif” arasında əlaqə olduğunu düşünürlər, çünki dərmanlara immuniteti zəiflədir və qandakı şəkər səviyyəsini yüksəldir. Elm adamlarının sözlərinə görə, mukormikoz koronovirusdan sağaldıqdan 10-12 gün sonra ortaya çıxır.

Həkimlər “qara kif”in koronavirusdan daha təhlükəli olduğu barədə xəbərdarlıq ediblər. Onların sözlərinə görə, xəstələr vaxtında və düzgün müalicə olunmazlarsa, ölüm səviyyəsi 94 faizə yüksələ bilər.

Qeyd edək ki, xəstəliklə əlaqədar ölkənin yeddi ştatında “qara kif epidemiyası” elan edilib. Son məlumatlara görə, ölkədə 9000 nəfərdə xəstəlik tapılıb, 200-dən artıq insan buna görə həyatını itirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri