Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İran kəşfiyyatı daha bir cənubi azərbaycanlı fəala qarşı hərəkətə keçdi - FOTO
Oktyabrın 28-də cənubi azərbaycanlı fəal Maqsud Əlizadə Ərdəbil vilayətinin Ettelaat Baş İdarəsinə çağırılaraq bir neçə saat sorğu-sual edilib.
“Azad İran”ın məlumatına görə, bu barədə Maqsud Əlizadənin yaxınları danışıb. Onların sözlərinə əsasən, ötən gün iş saatları ərzində Ərdəbil Ettelaat İdarəsindən dəfələrlə edilən zənglərdən sonra milli fəal M.Əlizadə idarəyə gedib.
Təhdid və psixoloji təzyiqlərlə 3 saatdan artıq davam edən dindirmə zamanı İranın təhlükəsizlik orqanlarının əməkdaşları M.Əlizadəyə bildiriblər ki, öz milli fəaliyyətindən əl çəkməsə, onun da aqibəti İranda həbsdə olan digər azərbaycanlı fəalların aqibəti ilə eyni olacaq.
"İran" teqi üzrə xəbərlər
- "The Washington Post" İrandan qaçan məşhur rejissorun filmini "kinematoqrafik nokaut" adlandırdı
- Təyyarə qəzası ilə əlaqədar Azərbaycanın İrandakı səfirliyində xatirə kitabı açılıb
- Rusiya ilə İran arasında tərəfdaşlıq sazişi imzalanacaq
- İran Aİİ-də müşahidəçi statusu alıb
- İran prezidenti: "Tehran dünya ilə döyüşməli deyil"
Rəylər