12 
Apr
2022
22:10
98
23
1901
Virtual karabakh

Turoperatorlar hansı aviaşirkətlərin Türkiyəyə yollanacağını açıqlayıb

12 Apr, 2022
22:10
1901

Turoperatorlar hansı aviaşirkətlərin Türkiyəyə yollanacağını açıqlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Turoperatorlar Assosiasiyası (ATOR) beş turoperatorun Rusiyadan Türkiyəyə yeddi aviaşirkətlə uçacağı ilə bağlı açıqlama verib.

“Moskvadan Antalyaya çarter proqramları aprelin 9-da start götürüb. “Biblio-Globus” turoperatorunun sifarişi ilə gerçəkləşdirilən uçuşu “Red Wings” şirkəti həyata keçirib. Gedişlər oktyabrın 26-dək həftədə üç dəfəyə qədər, may tətilləri dövrü üçün isə həftədə dörd dəfə nəzərdə tutulub”, - deyə assosiasiyadan bildirilib.

Aprel ayında Türkiyənin aşağı büdcəli aviadaşıyıcısı “Pegasus” Hava Yolları və Türk Hava Yollarının dəstəyilə “Anex Tour”, “Coral Travel”, “Fun&Sun” (keçmiş TUI Rusiya) və “Pegas Touristik” şirkətlərinin Moskvadan Antalyaya uçuş proqramları başlayacaq.

Belə ki, “Coral Travel” Moskva və bölgələrdən Türk Hava Yolları, “Pegasus” Hava Yolları və “PegasFly” şirkətlərinin vasitəsilə turistlərini Antalya, Bodrum və Dalamana daşıyacaq. Turoperatorun bütün planlaşdırılmış reyslərdə öz oturacaq blokları var.

“Anex Tour” turistləri aprelin 12-də “Pegasus” Hava Yolları ilə, aprelin 15-də isə Türk Hava Yolları ilə Moskvadan Antalyaya uça biləcəklər.

Bazar iştirakçıları həmçinin Rusiyanın “Rossiya” və “Azimut” aviaşirkətləri ilə də turlar təşkil edirlər. Belə ki, aprelin 28-dən “İnturist”in Mineralnıye Vodıdan Antalyaya “Azimut” təyyarəsi ilə uçuş proqramının başlanması nəzərdə tutulur.

Mənbə: Mail.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri