Noy
2022
13:13
30
702
8747
Virtual karabakh

İzmirdə güclü zəlzələ: Yaralılar var - YENİLƏNİB + VİDEO

4 Noy, 2022
13:13
8747

İzmirdə güclü zəlzələ: Yaralılar var - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İzmir şəhərində baş verən 4,9 bal gücündə zəlzələdən 64 nəfər zərər çəkib.

Bu barədə ölkənin səhiyyə naziri Fahreddin Koca açıqlamasında deyib.

O, qeyd edib ki, yeddi nəfərin müalicəsi davam edir. Onlardan birinin vəziyyəti ağırdır.

Nazirin sözlərinə görə, səhər saatlarından etibarən, 80 afterşok qeydə alınıb.

Episentri Bucada olan zəlzələ nəticəsində Konak rayonunda tarixi Selahattin Oğlu məscidinin minarəsi dağılıb.

08:33

Türkiyənin İzmir şəhərinin Buca rayonunda zəlzələ baş verib.

4,9 bal gücündə zəlzələ nəticəsində 3 nəfər yaralanıb.

Məlumatda bildirilib ki, onların yaralanmasına səbəb yeraltı təkanlar zamanı həyəcanlanaraq özlərini binadan atmaları olub.

Yerli vaxtla 03:29-da baş verən zəlzələ yerin 14,47 kilometr dərinliyində qeydə alınıb. Zəlzələdən sonra isə ən şiddətlisi 2,4 bal olmaqla 13 avterşok olub. İnsanlar küçələrə axışıblar. Onlara təşvişə düşməmələri barədə çağırış edilib.

Türkiyə daxili işlər naziri Süleyman Soylu açıqlama verərək insan itkisinin olmadığını, 3 nəfərin yaralandığını və 20-yə qədər binada çat yarandığını bildirib.

Mənbə: TRT Haber

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri