İyl
2023
06:11
12
188
3965
Virtual karabakh

Boşanmış ailənin övladı canlı yayımda gizlincə “Kömək edin!” siqnalı verdi: Daha bir uşaq təhlükədədir?- VİDEO

1 İyl, 2023
06:11
3965

Boşanmış ailənin övladı canlı yayımda gizlincə “Kömək edin!” siqnalı verdi: Daha bir uşaq təhlükədədir?- VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Birinci kanal”ında “Kişi və Qadın” proqramı çərçivəsində reportaj yayımlanıb.

Reportajda Moskvada yaşayan boşanmış cütlükdən bəhs edilib. Bildirilib ki, keçmiş ər və arvad dörd yaşlı uşaqlarının kimdə qalacağı ilə bağlı mübarizə aparırlar.

Reportajın çəkilişi zamanı ailənin böyük qızı gizlincə “Kömək edin!” siqnalını göstərib. Belə ki, qızcığaz əlini qaldırıb, baş barmağını ovucuna sıxıb, sonra isə onu bir neçə dəfə büküb. Bu isə bütün dünyada köməyə çağırış kimi bilinən, həmçinin məişət zorakılığının olduğuna işarə edən  beynəlxalq siqnaldır.

Məsələ ilə bağlı hələki dəqiq məlumat yoxdur. Çünki gizlincə əl hərəkəti ilə kömək istəyən qız müsahibə zamanı anasına olan sevgisindən danışıb və gülümsəyib.

Qeyd edək ki, bu əl hərəkəti tamaşaçıların da diqqətindən yayınmayıb və redaksiyaya suallar yağmağa başlayıb. İzləyicilərin hiddətli və sərt reaksiyasından sonra redaksiyanın çəkiliş qrupu İstintaq Komitəsinə ərizə ilə müraciət edib.

İstintaq Komitəsi ərizəni qəbul edib və məsələ ilə bağlı araşdırma başlanılıb.

Mənbə: “Baza” “Telegram”, “Mash” “Telegram”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri