Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Əli Əsədovdan hava hücumundan müdafiə işləri ilə bağlı QƏRAR
"Dövlət sərhədini pozan hava gəmilərinə və uçuş aparatlarına qarşı hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvə və döyüş texnikasının tətbiq edilməsi Qaydaları"nda dəyişiklik edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Qaydaya əsasən, tanınmamış, kiçikölçülü, kiçiksürətli alçaqdan uçan hədəfin Azərbaycan Respublikasının dövlət sərhədini keçməsi radiolokasiya vasitələri ilə (adi gözlə müşahidə edilməsi haqqında məlumat alındıqda) aşkar edildikdə hava hücumundan müdafiə komanda məntəqəsinin müvafiq əməliyyat növbətçisinin qərarı ilə həmin hədəfin ehtimal olunan marşrutu üzrə hava hücumundan müdafiənin növbətçi qüvvə və döyüş texnikası 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilir.
Yeni qaydaya əsasən, havaya bir-birinin ardınca lazımi miqdarda növbətçi qırıcı təyyarələr, qırıcı bombardmançı təyyarələr, helikopterlər, habelə Dövlət Sərhəd Xidməti, hərbi-dəniz qüvvələri, mülki aviasiya şirkəti tərəfindən ayrılmış təyyarələr və helikopterlər havaya qaldırılır, yerüstü müşahidə postlarının sayı artırılır.
Dəyişikliyə görə, könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti bu işlərə cəlb edilməyəcək.
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- Azərbaycanda ötən il 5 milyard manatdan çox vergi borcu ləğv edilib
- Azərbaycan Ermənistanla şərti sərhədinin 202.5 km-lik hissəsində müdafiə mövqelərini möhkəmləndirib
- Müdafiə Sənayesi Nazirliyinin müəssisələrin ötən il istehsal etdiyi məhsulların dəyəri açıqlandı
- Ölkə əhalisinin 50 faizdən çoxu icbari tibbi sığortadan yararlanıb
- Ləğv prosesində olan beş bankın borcları ödənilib