Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Xuan Laporta iki futbolçuya görə istefa verməyə məcbur ediləcək
"Barselona"nın prezidenti Xuan Laporta etimadsızlıq votumu ilə üzləşə bilər.
Oxu.Az "Diario Sport"a istinadən xəbər verir ki, proses səsvermə hüququ olan narazı klub üzvlərinin böyük bir qrupu tərəfindən başladılıb.
Müxalifətə əvvəllər "Barselona"nın prezidentliyinə namizəd olan Jordi Farre rəhbərlik edir. Klub üzvləri Laportanı klubun iqtisadi vəziyyətinin pisləşməsi fonunda fəaliyyətsizlikdə günahlandırırlar.
Narazılıq maliyyə məhdudiyyətləri səbəbindən Dani Olmo və Pau Viktoru mövsümün ikinci yarısı üçün İspaniyada qeydiyyatdan keçirə bilməməsi səbəbindən yaranıb.
Etimadsızlıq votumu prosedurunu həyata keçirmək üçün təxminən 16 000 səsvermə hüququ olan klub üzvünün imzasını toplamaq, sonra onların həqiqiliyini təsdiqləmək və daha sonra klub üzvləri arasında səsvermə təşkil etmək tələb olunur.
"Barselona FK" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin görüşlərinin keçiriləcəyi tarix bəlli oldu
- "Bavariya" klubundan gözlənilməz addım - Neymarla danışıqlara başlanıb
- "Real Madrid" UEFA Çempionlar Liqasında yeni rekordlara imza atıb
- Lamin Yamal UEFA Çempionlar Liqasında ilkə imza atdı
- Çempionlar Liqasının 1/8 final mərhələsinin son oyunlarını hansı kanallardan izləmək olar?