Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Dünyanın ən bahalı futbolçuları bəlli olub: Dördü "Real Madrid"in oyunçusudur
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı futbolçularının siyahısını açıqlayıb.
Oxu.Az xəbər verir ki, planetin ən dəyərli oyunçusu Cud Bellingemdir.
"Real Madrid"in futbolçusunun qiyməti 251,4 milyon avrodur. "Mançester Siti"nin bombardiri Erlinq Holand siyahıda ikincidir. İlk üçlüyü "Real Madrid"in digər ulduzu Vinisius Junior qapayır.
1. Cud Bellingem - 251,4 milyon avro ("Real Madrid")
2. Erlinq Holand - 221,5 ("Mançester Siti")
3. Vinisius Junior - 205,7 ("Real Madrid")
4. Lamin Yamal - 180,3 ("Barselona")
5. Kilian Mbappe - 175,2 ("Real Madrid")
6. Bukayo Saka - 157,3 ("Arsenal")
7. Florian Virts - 151,2 ("Bayer Leverkuzen")
8. Koul Palmer - 150 ("Çelsi")
9. Fil Foden - 144,6 ("Mançester Siti")
10. Rodriqo - 141,3 ("Real Madrid")
"Kilian Mbappe" teqi üzrə xəbərlər
- Dünyanın ən varlı futbolçuları bəlli olub - Ronaldu və Messi birinci deyillər
- "Real Madrid"in ulduzu "Atletiko Madrid"lə görüşü buraxa bilər
- Kilian Mbappe debüt mövsümündə 29 qol vuran ilk fransalı oldu
- "Real Madrid"in Kilian Mbappeyə ödədiyi məbləğ bəlli olub
- "Qızıl top" mükafatının yeni sahibi kim olacaq?