Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Oyun həvəskarlarına müjdə: Yeni "Nintendo" daha böyük olacaq
Mobil cihazlarla bağlı sızan məlumatlarının doğruluğu dəfələrlə təsdiqlənmiş tanınmış insayder "OnLeaks" qarşıdan gələn "Nintendo Switch 2" konsolu barədə açıqlamalar yayıb.
Oxu.Az xəbər verir ki, "Switch 2"də 8.4 düymlük ekran olacaq və bu "Switch OLED"in 7 düymlük və orijinal modelin 6.2 düymlük ekranından əhəmiyyətli dərəcədə böyükdür.
"Joy-Con" nəzarətçiləri ilə birgə konsolun ölçüləri 271x116.4x31.4 mm olacaq ki, bu da orijinal "Switch" konsolunun parametrlərindən (239x102x14 mm) xeyli yüksəkdir." Joy-Con"un ölçüsü də artacaq (orijinal versiya üçün 102 x 35.9 x 28.4 mm-ə qarşı 116.4 x 40.8 x 31.4 mm).
"Nintendo"nun 2025-ci ilin mart ayının sonuna qədər "Switch 2"ni təqdim edəcəyi gözlənilir.
"kompüter oyunları" teqi üzrə xəbərlər
- Nanotexnologiyanın köməyi ilə dünyanın ən kiçik videooyunu hazırlanıb
- "Sony PlayStation" xidmətləri çökdü
- "Microsoft" 2025-ci il üçün sürprizlər hazırlayıb
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- "Qarabağ" Azərbaycan klubları arasında ilk dəfə məşhur oyun simulyatorunda yer alacaq