Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Diabetin müalicəsi istiqamətində mühüm addım
İsveç alimləri 1-ci tip diabetin müalicəsi istiqamətində mühüm addım atıblar.
Oxu.Az xəbər verir ki, dünyada ilk dəfə olaraq bu xəstəliyə yoluxmuş şəxsə immunosupressiv preparatların istifadəsini tələb etməyən genetik modifikasiya olunmuş hüceyrələr köçürülüb. Bu kəşf yeni, təhlükəsiz və effektiv müalicə metodunun işlənib hazırlanması üçün əsas ola bilər.
Eksperimentdə iştirak edən xəstə immuniteti zəiflədən preparatlar qəbul etmədən bazuönü (dirsəklə bilək arasındakı hissə) əzələlərinə yerləşdirilən hüceyrələr əldə edib. Bir aydan sonra hüceyrələr fəaliyyət göstərərək insulin istehsal edib ki, bu da onların qəbul olunduğunu göstərir.
Tədqiqatın növbəti mərhələsi donor hüceyrələrin sayı məhdud olduğundan onların kütləvi istehsalı texnologiyasının hazırlanmasıdır. Əgər gələcək tədqiqatlar eyni dərəcədə uğurlu nəticələr göstərsə, yeni hüceyrə terapiyası 1-ci tip diabet üçün inqilabi müalicəyə çevrilə bilər. Onun 5-10 il ərzində geniş istifadə olunacağı gözlənilir.
Ətraflı Baku TV-nin süjetində:

"diabet" teqi üzrə xəbərlər
- Portağal və naringinin gizli təhlükələri
- Arıqlamaq üçün istifadə edilən dərmanlar onlarla britaniyalının ölümünə səbəb olub
- "Toyuq korluğu", görmə zəifliyi, "katarakta" - Gözlərinizə hansı qidaların zərər verdiyi açıqlandı
- Tez hazırlanan sıyıq və pürelər sağlamlıq üçün təhlükəlidir: Rusiyalı mütəxəssisdən xəbərdarlıq
- Hansı məhsulların beyin hüceyrələrinin məhvinə səbəb olduğu açıqlandı