Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Britaniyada maraqlı kolleksiya sikkəsi buraxıldı: "Böyük qardaş səni izləyir"
Böyük Britaniyanın Kral Sikkəxanası yazıçı Corc Oruellə həsr olunmuş kolleksiya sikkəsi buraxıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "24.kz" məlumat verib.
Məlumata görə, sikkənin nominal dəyəri 2 funt sterlinq təşkil edir. Unikal pul nişanı məşhur "1984" romanının müəllifinin vəfatının 75-ci ildönümünün şərəfinə yaradılıb. Sikkənin arxa tərəfində fotoaparatın obyektivi təsvir edilib ki, bu da romanda təsvir olunan cəmiyyətdə daimi müşahidə və nəzarətin simvoludur.
Obyektivin ətrafında məşhur "Böyük qardaş səni izləyir" ifadəsi yerləşdirilib, sikkənin kənarında isə romandan başqa bir sitat həkk olunub: "Həqiqət var idi, yalan da var idi".
Dizaynın elementləri və kitabdan sitatlar Oruellin öz əsərində çatdırdığı qorxu və manipulyasiya atmosferini təcəssüm etdirir.
"Böyük Britaniya" teqi üzrə xəbərlər
- ABŞ və Ukraynanın irəli sürdüyü atəşkəs təklifinin hazırlanmasına kim kömək edib?
- Böyük Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin etdi
- Üç Avropa ölkəsinin səfiri İran XİN-ə çağırıldı
- Britaniya Rusiyanın diplomatları deportasiya etməsinə cavab verdi
- Makron bəzi ölkələrin baş qərargah rəisləri ilə görüşüb