Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İsmayıllıda narkotiklərin satışı ilə məşğul olan və qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib.
Verilən məlumata görə, tədbirlərlə əvvəllər də məhkum olunmuş rayon sakini, 29 yaşlı Fərhad Hüseynov saxlanılıb.
Onun idarə etdiyi avtomobildən və yaşadığı ünvandan səkkiz kiloqrama yaxın marixuana, eləcə də qanunsuz saxladığı iki ədəd ov tüfəngi aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotik vasitələri satış məqsədilə saxladığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, F.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Siyəzən polisindən növbəti əməliyyat: Külli miqdarda narkotik vasitə aşkarlandı
- Masallı sakinindən 10 kiloqram narkotik vasitə aşkarlanıb
- Baş Narkotiklərlə Mübarizə İdarəsinin ƏMƏLİYYATI - İrandan göndərilən 32 kq narkotik aşkarlandı
- Filippinin sabiq prezidenti həbs edildikdən sonra Haaqaya uçdu
- İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıblar