Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tramp ABŞ tarixində ən yaşlı prezident oldu
Əvvəllər Co Baydeni yaşına görə tənqid edən və onun çaşqınlığı ilə bağlı zarafat etmək fürsətini heç vaxt əldən qaçırmayan Donald Tramp növbəti dəfə ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb və ölkə tarixinin ən yaşlı lideri olub.
Oxu.Az xəbər verir ki, bu barədə RBC məlumat verib.
20 yanvar 2025-ci ildə andiçmə mərasimi zamanı onun yaşı 78 yaş yeddi ay olub. Beləliklə o, Baydenin 2021-ci ildə vəzifəyə gəldiyi vaxtdan təxminən 6 ay böyükdür.
Donald Tramp öz növbəsində koqnitiv testlərdən keçdiyini və əla fiziki formada olduğunu iddia edərək, yaşını əngəl hesab etmir.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Peskov: "Putin Uitkoff vasitəsilə Trampa məlumat yolladı"
- Hikmət Çətin: "Qlobal idarəçilik üçün kollektiv səy lazımdır"
- ABŞ və Ukraynanın irəli sürdüyü atəşkəs təklifinin hazırlanmasına kim kömək edib?
- Kreml ABŞ nümayəndəsini sülh danışıqlarından kənarlaşdırdı
- Vens ABŞ prezidentinin Polşanın nüvə silahı istəyinə cavabını açıqladı
Ən çox oxunanlar