Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiyalı bloqerlər mərc etdilər: Milyonlarla dollarlıq avtomobillər yandırıldı
Rusiyada bloqerlər Asxab Tamayev və Axmed Alisxabov (Venqalbi) arasındakı mərc ikincinin xeyrinə başa çatıb. Venqalbi avtomobil yarışında Tamayevi qabaqlayıb.
Oxu.Az xəbər verir ki, müvafiq kadrlar Tamayevin "YouTube" kanalında dərc olunub.
Mərcə əsasən, Axmed Asxabın avtomobillərinə (cəmi 5 ədəd) od vurub. "Mercedes G Class", "Lamborghini", "Rolls-Royce" və BMW kimi lüks avtomobillər alovlara qərq olub.
Yanan avtomobillərin ümumi dəyərinin 5 milyon dollardan yuxarı olduğu bildirilir.
Qeyd edək ki, bloqerlər arasındakı mübahisə energetik içkilərin reklamı ilə başlayıb. Tamayevin öz videolarının birində içkini reklam etməsi Venqalbinin xoşuna gəlməyib və Axmed Asxabın BMW avtomobilinin təkərlərinə od vurub. Bundan sonra onlar avtoparklarını mərcə qoyaraq yarış təşkil ediblər. Qalib uduzan tərəfin avtomobillərini yandırıb.
"Avto-moto" teqi üzrə xəbərlər
- Yeni Çin avtomobili, yoxsa işlənmiş alman maşını? - Ekspertdən izahlı açıqlama
- "Volkswagen"in gəlirləri 30.6% azaldı
- Avtomobildəki cızıqdan qurtulmaq üçün qəpik-quruşa başa gələn üç üsul
- Avtomobilinizi yavaş-yavaş məhv edən gündəlik vərdişlər hansılardır?
- Çin uçan avtomobillərin kütləvi istehsalına başlayacaq