Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı
Bakı şəhəri, H.Mirzəyev 1069 ünvanında yerləşən, fiziki şəxs Namik Səlim oğlu Yusifova məxsus qablaşdırılmış su emalı müəssisəsində keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar müəyyən olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat yayılıb.
Bildirilib ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi, 19 litrlik "Xanbulaq" əmtəə nişanlı suların qablaşdırılmasında istehsal tarixinin qeyd edilmədiyi aşkarlanıb.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti dayandırılıb.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- Kərə yağı adı ilə satılan daha üç məhsulun tərkibində uyğunsuzluqlar aşkarlandı
- Azərbaycana gətirilən nektarin və şaftalı tinglərində VİRUS AŞKARLANDI
- "Azza"nın istehsal etdiyi yağ məhsulu satışdan yığışdırılır - SƏBƏB
- "Top Qapı" restoranında ciddi nöqsanlar aşkarlandı
- "Vətən" restoranında istehlaka yararsız məhsullar aşkarlandı