Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türkiyədə sarımsaq növünün toplanmasına görə minlərlə manat cərimə tətbiq ediləcək
Türkiyədə elmi adı "Allium Tuncelianum" olan və həddindən artıq yığılması səbəbindən nəsli tükənmək təhlükəsi ilə üzləşən Tunceli sarımsağının qorunması üçün hazırlanan layihə qəbul edilib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, daha əvvəl Tunceli Kənd və Meşə Təsərrüfatı İdarəsi sadəcə Tunceli bölgəsində yetişən və endemik növ olan sarımsağın populyarizasiyası məqsədilə layihə hazırlayıb.
Təxminən 5 milyon Türkiyə lirəsi (təxminən 237 min manat) dəyərində olan bu layihə çərçivəsində 20 istehsalçı ilə 50 sot sahədə sarımsaq istehsalı həyata keçiriləcək.
Toxum əkilməsi Tunceli Kənd və Meşə Təsərrüfatı İdarəsinin əməkdaşlarının nəzarəti altında baş tutacaq.
Qeyd edək ki, adi sarımsaqla müqayisədə daha az qoxusu olan Tunceli sarımsağı 1 500-2 000 metr yüksəklikdə çınqılların arasında bitir.
Bu sarımsaq növünün qorunması məqsədilə isə 2025-ci ildən etibarən icazəsiz yığılmasına görə 557 212 lirə (27 min manatdan çox) cərimə tətbiq ediləcək.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə qadınları yalandan hamilə olduqlarına inandıran "İlin həkimi": Çox sayda körpəni "öldürüb"
- "Haber Global"da Türkiyənin əsas silah tədarükçülərinin adları açıqlanıb
- Akif Çağatay Kılıç: "Dünyanı idarə edənlərin siyasətləri fiaskoya uğrayıb"
- İranın XİN başçısı: "Tehran və Vaşinqton təmas saxlayır"
- "Haber Global"da kürdlərlə Dəməşq arasında imzalanan sənədin bəndləri təhlil edilib