Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Türkiyədən Suriyaya müdafiə yardımı: Fəaliyyət planı hazırlanır
Türkiyə Suriya Silahlı Qüvvələrinin döyüş qabiliyyətini gücləndirmək üçün fəaliyyət planı hazırlanmasına yardım edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti Türkiyə Milli Müdafiə Nazirliyinin adı açıqlanmayan nümayəndələrinə istinadən məlumat yayıb.
"Suriyanın yeni hökumətinin tələblərinə uyğun olaraq, biz birgə iş planı hazırlayacağıq və Suriya ordusunun imkanlarını artırmaq üçün konkret addımlar atacağıq", - qurumun nümayəndələri bildiriblər.
Xatırladaq ki, bu həftə Suriyanın lideri Əhməd Əş-Şaraa Ankaraya səfər edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Əş-Şaraa digər məsələlərlə yanaşı, Suriya ərazisində təhlükəsizliyin təmin edilməsini də müzakirə ediblər.
"Suriya" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov: "Azərbaycan Suriyanın bərpasına əlindən gələn dəstəyi göstərəcək"
- "Caliber": Baydenin gedişi və Ermənistan üçün siçan tələsi
- "Haber Global"da kürdlərlə Dəməşq arasında imzalanan sənədin bəndləri təhlil edilib
- Suriyada Milli Təhlükəsizlik Şurası yaradılır
- Bəşər Əsədin tərəfdarları hərbi obyektə hücum edib