Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ramazan ayında necə qidalanmaq lazımdır?
Ramazan ayında iftar və imsakda edilən bəzi yanlış qidalanma vərdişləri infarkt riskini artıra bilər.
Hipertoniya, damar tıxanması və ürək çatışmazlığı olanlara duz və xolesterindən uzaq durmağı tövsiyə edən həkim Gökhan Ceyhun orqanizmin ac qalmağa tədricən öyrəşməsinin vacibliyini vurğulayıb.
Ürək çatışmazlığı olmayan, ürək əzələsinin yığılma gücü 50-55%-dən yüksək olan şəxslərin oruc tutmasının problem yaratmayacağını bildirən Ceyhun uzun müddət ac qaldıqdan sonra iftarda yüksəkkalorili və yağlı yeməklərin birdən-birə qəbulu ilə qan şəkərinin və yağ səviyyəsinin kəskin artmasının ürəyə mənfi təsir edə biləcəyini qeyd edib.
Ürək çatışmazlığı olanların uzun müddət susuz qalmasının böyrəklərə əlavə yük gətirə biləcəyini və bu səbəbdən onların oruc tutmasının tövsiyə edilmədiyini vurğulayıb. Həkim Ramazan ayında infarktların əsasən iftar və imsakdan sonra baş verdiyini bildirib.
O, bunu uzunmüddətli aclıqdan sonra nəzarətsiz yemək vərdişləri ilə əlaqələndirib. Gökhan Ceyhun həm ürək xəstələrinin, həm də sağlam şəxslərin iftarda daha nəzarətli qidalanmasının və qida qəbulundan sonra fiziki aktivliyə diqqət etməsinin vacibliyini qeyd edib.
Daha ətraflı Baku TV-nin videomaterialında:

"Ramazan ayı 2025" teqi üzrə xəbərlər
- Ramazan ayının on dördüncü gününün iftar və namaz vaxtları
- Ramazan ayının on dördüncü gününün imsak, iftar və namaz vaxtları
- Ramazan ayının on üçüncü gününün iftar və namaz vaxtları
- Ramazan ayının on üçüncü gününün imsak, iftar və namaz vaxtları
- Ramazan ayının on ikinci gününün iftar və namaz vaxtları