Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rəsmi Vaşinqton Zelenskiyə şərt irəli sürdü
"Ukrayna Prezidenti Volodimir Zelenski mövqeyini dəyişərsə, təbii ehtiyatlarla bağlı ABŞ-Ukrayna danışıqları bərpa olunacaq".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts "Fox News" telekanalına verdiyi müsahibəsində bildirib.
"Biz Zelenskidən eşitməliyik ki, o, baş verənlərdən peşmandır, faydalı qazıntılar üzrə sövdələşməni imzalamağa və sülh danışıqlarında iştirak etməyə hazırdır", - Uolts bildirib.
O qeyd edib ki, Zelenski ABŞ ilə münaqişəyə səbəb olmaqla, nadir torpaq metalları üzrə artıq razılaşdırılmış sazişə yenidən baxmağa çalışıb. Ağ Evin müşavirinin sözlərinə görə, mövqeyə yenidən nəzər salmaq çağırışı elə də böyük bir xahiş deyil. Uolts həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna resursları ilə bağlı saziş üzrə müzakirələrin bərpasına hazırdır.
"Ağ Ev" teqi üzrə xəbərlər
- Trampın Yaxın Şərq siyasəti: Azərbaycan amili və dünya yəhudiliyinin yeni təşəbbüsü
- Tramp Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini niyə bərpa edib?
- Ağ Evin yaxınlığında atışma olub
- Trampın qolf sevgisi ABŞ-yə milyonlarla dollara başa gəlib
- ABŞ-də Avropanı "təsəlli edəcək" mümkün liderin adı açıqlandı