Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Gəncədə oğru ev sahibini bıçaqladı - TƏFƏRRÜAT
Gəncədə fərdi yaşayış evinə oğurluq məqsədilə gələn şəxslər ev sahibi 52 yaşlı Qayday İbrahimova qolundan xəsarət yetiriblər.
Zərərçəkənin həyat yoldaşının sözlərinə görə, evdə daha əvvəl 2 dəfə oğurluq hadisəsi törədilib.
Çağırılmamış qonağın növbəti dəfə gələcəyini ehtimal edən ev sahibi onlardan qorunmaq üçün yanında taxta parçası saxlayırmış.
"Qardaşımın evindən 3 il əvvəl də oğurluq olmuşdu. Polis əməkdaşlarına müraciət edilmişdi, lakin buna baxmayaraq, yenidən eyni hadisə yaşandı. Çox xahiş edirəm, bu işə baxılsın, belə olmaz. Bu, 3-cü oğurluqdur, təxminən 2500-3000 manat dəyərində qızılları itirmişik", − zərərçəkənin qardaşı deyib.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, hazırda məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır, müvafiq ekspertizalar təyin olunub.
Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Daha ətraflı Baku TV-nin videomaterialında:

Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Daşkəsən rayon sakini Q.İbrahimov qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Hazırda xəstənin vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, Q.İbrahimovun evinə oğru girib. Bu zaman ev sahibi onunla dava edərkən oğru Q.İbrahimova bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.