Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yevlaxda 32 yaşlı kişini güllələyən şəxs ANAMA-nın əməkdaşı olub
Yevlaxda 32 yaşlı Əhməd Nəsibovun güllələnərək qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisəni törətməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Saleh Əliyevin ANAMA əməkdaşı olduğu məlum olub.
Bildirilib ki, o, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Şuşa düşərgəsinin Skaner və partlayış bölməsinin minaaxtaranı vəzifəsində çalışıb. Cinayətdə istifadə etdiyi "Makarov" markalı tapançanı da Qarabağda fəaliyyət göstərdiyi vaxt əldə edərək qeyri-qanuni yolla özünə götürüb.
Araşdırmalar zamanı o da məlum olub ki, Salehin küçədə güllələyərək öldürdüyü Əhməd Nəsibov "TikTok" sosial şəbəkəsindən aktiv istifadə edib. Onun bir neçə azyaşlıya qarşı qeyri-etik hərəkətlər və təkliflər etdiyi qeyd olunur.
Saleh Əliyev də qisas zəminində iş yerini tərk edərək Yevlaxa gedib və ictimai yerdə Əhmədi yaxalayaraq onun başından atəş açmaqla qətlə yetirib.
Şəki Ağır Cinayətlər Məhkəməsi S.Əliyevi Cinayət Məcəlləsinin 120.2.4, 221 və 228-ci (120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, xuliqanlıq, qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilib. Ona 17 il həbs cəzası verilib.
Hadisənin görüntülərini təqdim edirik:
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Tərtərdə 34 yaşlı oğlan qətlə yetirilib - Atası SAXLANILDI
- Sumqayıtda tanışını döyərək qətlə yetirən şəxsə hökm oxunub
- Bacısını yeddinci dəfə ərə getməsin deyə öldürdü - 17 yaşlı Rasimin törətdiyi dəhşətli QƏTL
- Türkiyədə ailəsi tərəfindən öldürülən Narin Güranın son arzusu məlum oldu: Qardaşından nə istəyib?
- Partiya fəalını öldürərək meyitini təhqir edənə ağır cəza istənildi