Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Əlilliyi olan şəxsin müavinəti beş ildir niyə kəsilib? - Cavabsız qalan müraciətlərlə bağlı AÇIQLAMA
Ucar rayon sakini 1964-cü il təvəllüdlü Həşimov Mahir Abdulkərim oğlu artıq 4 mart 2025-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.
Agentlikdən Oxu.Az-a verilən məlumata görə, müayinə zamanı müəyyən edilib ki, vətəndaşın hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına əsas vermir.
Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq, əlillik əlamətinin təyin edilməməsi barədə qərar verilib.
Əlillik müavinəti kəsilib, müraciətləri də cavabsız qalıb.
Oxu.Az "Xəzər TV"yə istinadən məlumat verir ki, Ucarın Pirkənd kənd sakini 61 yaşlı Mahir Həşimovun sözlərinə görə, 30 ildən çoxdur epilepsiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar aidiyyəti üzrə 2014-cü ildə müraciət edib. Müraciəti əsasında Mahir Həşimova II qrup əlillik təyin edilib. 5 il əvvəl isə müavinətin verilməsi dayandırılıb.
Mahir Həşimovun sözlərinə görə, 5 il əvvəl yenidən müraciət edib. Ona yeni bank kartı verilsə də, heç bir vəsait köçürülməyib. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, nəticəsi olmayıb.
Ətraflı süjetdə:

"Əlilliyi olan şəxslər" teqi üzrə xəbərlər
- Əlilliyə görə müavinət alan şəxslərin siyahısı genişləndirildi - FƏRMAN
- Milli Məclis əlilliyi olan şəxslərə yeni güzəştlərin edilməsi ilə bağlı dəyişikliyi qəbul etdi
- "Təklif edirlər ki, sizi qucağımızda qaldıraq" - Şəhərlər uyğunsuzdur, yoxsa qaydalar?
- Efirlərdə işarət dilindən istifadə olunacaq - Qanun dəyişir
- Əlilliyi olan şəxslər üçün yeni sənəd HAZIRLANDI - ÖZƏL