Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Senator Qrem: "Ukraynaya yardımın dayandırılması ABŞ üçün daha pis nəticələrə gətirib çıxaracaq"
"Ukraynaya yardımın dayandırılması Vaşinqton üçün ABŞ qoşunlarının 2021-ci ildə Əfqanıstandan çıxarılmasından daha pis nəticələrə gətirib çıxaracaq".
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ-nin Cənubi Karolina ştatından olan, respublikaçı senator Lindsi Qrem "Fox News" telekanalının efirində danışıb.
"Ukraynaya yardım etməyi dayandırsaq, bu, Əfqanıstandan da pis olacaq", - deyə Qrem bildirib.
Senator etiraf edib ki, kəşfiyyat məlumatlarının və silahların Kiyevə verilməsinin azaldılmasından narahatdır.
O həmçinin qeyd edib ki, tərəflər öz iqtisadiyyatlarını inteqrasiya etməyə çalışırlar.
"Biz əmin olmağa çalışırıq ki, Ukrayna ABŞ iqtisadiyyatı üçün dəyərə malikdir və bu vəziyyətdən uduzmayacağıq", - deyə Qrem əlavə edib.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ və Ukrayna danışıqların ilk raundunda nələri müzakirə ediblər?
- Baydenin dövründə ABŞ büdcəsi nə qədər itirib? - İlon Mask böyük məbləğ AÇIQLADI
- ABŞ-də miqrantlarla mübarizə məqsədi ilə mobil tətbiq istifadəyə verilib
- ABŞ Zelenskinin potensial varisləri kimi kimləri görür?
- Böyük Britaniya sularında insident: ABŞ Hərbi Hava Qüvvələri üçün yanacaq daşıyan tanker zədələndi