Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Gəncənin tarixi-dini məbədləri: Əsrlərə meydan oxuyan abidələrlə bağlı GÖRÜLƏN İŞLƏR
Yaşı dörd əsrdən çox olan Şah Abbas Cümə məscidi Gəncənin əsas ibadət mərkəzlərindən biri olmaqla yanaşı, şəhərin tarixi-memarlıq simvollarından biridir. Birinci vitse-prezident Mehriban Əliyevanın Gəncəyə son səfəri zamanı yenidən bu məscidə baş çəkməsi bir daha göstərir ki, ölkədə etiqad azadlığı və dini məbədlərin qorunması daim diqqət mərkəzindədir.
Şah Abbas Cümə məscidinin imamı İskəndər Məmmədov Baku TV-yə açıqlamasında qeyd edib ki, ibadət ocağında tarixən dəfələrlə təmir-abadlıq işləri aparılıb:
"Məsciddə əsaslı təmir işləri isə 2008-ci ildə Prezident İlham Əliyevin göstərişi ilə aparılıb. Üstündən 17 il keçdiyi üçün yenidən təmir işlərinə ehtiyac yaranıb. Birinci vitse-prezident Mehriban Əliyeva da bu yaxınlarda məscidimizi ziyarət edərək öz tövsiyə və göstərişlərini verib".
Ətraflı süjetdə:

"Baku TV" teqi üzrə xəbərlər
- Xronika: "Vardanyanın müraciətində səsləndirdiyi fikirlər İrəvanı qarışdırdı"
- Mərdəkan sakinləri qorxu içində: "Gecələr yata bilmirik"
- Eduard Məmmədov Bakıda keçiriləcək Avropa çempionatından DANIŞDI
- Türkiyənin Azərbaycandakı yeni səfiri İğdır-Naxçıvan qaz boru kəmərinin perspektivlərindən DANIŞDI
- Donald Trampın xüsusi nümayəndəsi Moskvaya niyə gəldi? - Xəbərlərin 22:00 buraxılışı