Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Juninyodan onu bəyənməyən azarkeşlərə CAVAB – Növbəti qolunu vurdu
Qış transfer pəncərəsində "Qarabağ"dan "Flamenqo"ya transfer edilən və azarkeşlərin performansından narazı qaldıqları Juninyo reaksiyasını növbəti qolunu vurmaqla verib.
Oxu.Az xəbər verir ki, o, Quanabara kubokunun "Fluminense" ilə ilk final matçında fərqlənib. 66-cı dəqiqədə meydana çıxan 28 yaşlı forvard 10 dəqiqə sonra komandasının səfər görüşündəki ikinci qolunun müəllifi olub. Görüş "Flamenqo"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu, Juninyonun "qırmızı-qaralar"ın heyətində ikinci qoludur. Zədə səbəbindən bir ay meydanlardan uzaq qalan forvard daha əvvəl Quanabara kubokunun VIII turunda "Portuquesa" ilə görüşdə fərqlənib.
Qeyd edək ki, finalın cavab görüşü martın 16-da baş tutacaq.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- UEFA Avropa Liqasında dörddəbir final görüşləri nə zaman keçiriləcək?
- Misli Premyer Liqasında bu tur səkkiz oyunçu komandasına kömək edə bilməyəcək
- Ulduz futbolçu Luiş Nani "Qarabağ"ın oyunçuları ilə görüşüb
- Elvin Cəfərquliyev və Musa Qurbanlıya sanksiya tətbiq olunacaq
- Portuqaliyalı futbol ulduzu Luiş Nani Bakıya gəlib