Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qanunsuz yolla ağac kömürü istehsal edilən 43 quyu AŞKARLANDI
Göygöl, Qax, Şəki, Quba, Qəbələ, İsmayıllı, Oğuz və Astara rayonlarında qanunsuz yolla ağac kömürü istehsal edilən 43 kömür quyusu aşkar olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.
Quyular qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı aşkarlanıb.
Araşdırma zamanı Göygöl rayonu Çaykənd, Zurnabad, Toğanalı, Qax rayonu Çüdüllü, Turaclı, Şotavar, Şəki rayonu Baş Şabalıd, Aşağı Göynük, Quba rayonu Tülər, Rustov, Gültəpə, Bad, Qəbələ rayonu Pirəlli, Yengicə, Vəndam, Nic, İsmayıllı rayonu Şəbiyan, Oğuz rayonu Bucaq və Müc, Astara rayonu Lomin kənd və qəsəbələri ərazisində qanunsuz kömür istehsal edən şəxslər müəyyən olunub və barələrində akt, protokol tərtib edilərək ümumilikdə 12 900 manat məbləğində cərimə tətbiq olunub. Kömür quyuları ləğv edilib.
"Dövlət Ekoloji Təhlükəsizlik Xidməti" teqi üzrə xəbərlər
- Qanunsuz ağackəsmə cinayəti - Təbiətə 381 min manat məbləğində ziyan dəyib
- Binəqədidə ağac kəsintisinə görə Baş Prokurorluğa müraciət hazırlanır
- Ölkə ərazisində qanunsuz ov edən ərəblər SAXLANILDILAR
- Maştağada ağaclara QƏNİM KƏSİLDİLƏR: "Gecə məhv edirlər ki, görən olmasın"
- Zaqataladakı ağacların kəsilməsinə görə cinayət işi açıldı: Vəzifəli şəxs işdən çıxarıldı