Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Husilər ABŞ ilə danışıqlara hazırdırlar
"Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər sülhə nail olmaqdan ötrü ABŞ administrasiyası ilə danışıqlara başlamağa hazırdırlar".
Oxu.Az xəbər verir ki, bunu husilərin adı açıqlanmayan nümayəndəsi "Al Araby" telekanalına deyib.
Onun sözlərinə görə, bunun üçün Vaşinqton danışıqlar aparmaq niyyətində olduğunu bəyan etməlidir:
"Danışıqlar üçün kanallar açıq olmalıdır, biz həmişə dialoqu dəstəkləmişik".
Xatırladaq ki, ABŞ martın 15-də Yəməndə husilərə zərbələr endirməyə başlayıb.
"Yəmən" teqi üzrə xəbərlər
- Ağ Evin gizli yazışmasına sızmaya görə Pentaqon rəhbəri istefa verəcək?
- Jurnalistin Ağ Evin gizli çatına daxil edilməsinin DETALLARI - Təhlükəsizlik üzrə müşavirdən ETİRAF
- ABŞ-də qalmaqal: Jurnalist rəsmilərin çat qrupuna salındı, planlar sızdırıldı
- Husilər Təl-Əvivin Ben-Qurion hava limanına raket zərbələri endiriblər
- ABŞ Yəmənin paytaxtına zərbələr endirib: Ölənlər və yaralananlar var
Ən çox oxunanlar