Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ukraynada tam şəkildə atəşkəs nə zaman olacaq? - Stiven Uitkoff tarixi açıqladı
"Ukraynada tam şəkildə atəşkəsə bir neçə həftə ərzində nail olmaq olar".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "Bloomberg TV"nin efirində deyib.
"Tam şəkildə atəşkəsin əldə edilməsi ilə bağlı danışıqlar yaxın günlərdə aparılacaq. Düşünürəm ki, biz tapşırığı bir neçə həftəyə yerinə yetirə biləcəyik", - deyə o bildirib.
Stiven Uitkoffun sözlərinə görə, gələn həftənin əvvəlində Səudiyyə Ərəbistanında Rusiya və ABŞ nümayəndələrinin görüşləri planlaşdırılır ki, görüşlər zamanı Ukraynada hərbi əməliyyatların dayandırılması şərtləri müzakirə ediləcək.
ABŞ prezidentinin xüsusi nümayəndəsi vurğulayıb ki, bu, ekspertlər səviyyəsində danışıqlar olacaq.
"Stiv Uitkoff" teqi üzrə xəbərlər
- Trampın xüsusi nümayəndəsi: "İranla dialoq üçün mümkün qapılar açılıb"
- Stiv Uitkoff: "HƏMAS Qəzzada uzun müddət qalsa, münaqişə heç vaxt bitməyəcək"
- Putin kilsəyə gedərək, Tramp üçün dua edibmiş
- Putin Trampa hədiyyə göndərib
- Xüsusi nümayəndə: "Putin Trampın Rusiyaya gəlməsinin çətin olacağını bilirdi"