Bakıda fəaliyyət göstərən 107 nömrəli marşrut avtobusunun sürücüsünün davranışından şikayət var.
Bu barədə Oxu.Az-a sərnişin müraciət edib.
Onun sözlərinə görə, sürücü sərnişinlərlə kobud davranır, avtobusu səbəbsiz yerə saxlayaraq onları uzun müddət gözlədir.
"107 nömrəli marşrut avtobusunun sürücüsü çox kobud davranır və sərnişinlərə hörmətsizlik edir. Avtobusu səbəbsiz yerə saxlayır, bəzən 20 dəqiqəyə yaxın gözləyir və "hələ mənim vaxtım var", - deyərək hərəkət etmir. Belə münasibət sərnişinlər üçün ciddi narahatlıq yaradır. Xahiş edirəm, məsələ araşdırılsın və müvafiq tədbir görülsün", - deyə vətəndaş bildirib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab bildirilib ki, müraciət araşdırılır:
"Məsələ araşdırılmağa başlayıb. Daşıyıcıya sözügedən məsələ ilə bağlı tədbir görülməsi tapşırılacaq".