Ən yaxşı kinoteatr “28 Cinema” və ən yaxşı klub “Enerji” birgə “128 BPM” (BEAT PER MINUTE) adlı super tədbir təşkil edəcək.
Oxu.Az xəbər verir ki, sentyabr ayının 17-də “Dəqiqədə 128 ürək döyüntüsü” filminin nümayişlərinə start verilir. Filmdə baş rolu qızların sevimlisi Zak Efron oynayıb. Ekran əsərində hadisələr Hollivudda cərəyan edir. 23 yaşlı Koul adlı Dj, gecə-gündüz bütün dünyanı partladacaq trekinin üzərində işləyir...
Bütün klub həvəskarlarını və kinomanları xoş sürpriz gözləyir. Bu gecə siz ikiqat zövq ala bilərsiniz. “Enerji” klubda saat 20:00-da baş tutacaq ruhlandırıcı əyləncə gecəsində sizlər üçün DJ Ayzk, Dj Ed, Dj Rimas, Dj Ruido Loco musiqi müşayiəti edəcək. Saat 00:00-da isə “28 Cinema” kinoteatrında “Dəqiqədə 128 ürək döyüntüsü” filminin nümayişi keçiriləcək.
Bu gecə siz Dj-lərin həyatı haqqında maraqlı əhvalatdan həyəcan və çoxlu xoş təəssüratlar alacaqsınız. Film sizə, necə öz məqsədinə doğru getməyi və öz işindən həzz almağı göstərəcək.
Yerlərin və dəvətnamələrin sayı məhduddur. Ətraflı məlumat əldə etmək üçün (+994 50) 700-70-57 nömrəsinə zəng edin.
Bu payızın ən ruhlandırıcı tədbirində iştirak etməyə tələsin!