Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub
Payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən profilaktik və əks-epidemik tədbirlər davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, vaksinasiya prosesinə "soyuq zəncir" sisteminin tələbləri nəzərə alınmaqla 2024-cü ilin sentyabr ayından başlanılıb:
"Bu il yanvarın 1-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 34 148 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 4 431 nəfər 0-17 yaş aralığı, 29 717 nəfər isə 18 və daha yuxarı yaş qrupları üzrə şəxslərdir".
Qeyd edilib ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir:
"Vaksinasiya prosesində Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən "Abbott" şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksəkkeyfiyyətli vaksin preparatlarından istifadə olunur. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə uyğunluq təşkil edir.
Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilərlər".
"Qrip xəstəliyi" teqi üzrə xəbərlər
- Nazirlik: "Azərbaycanda qrip və digər respirator viruslara yoluxma halları müşahidə olunur"
- Soyuqdəymə zamanı nələri etməliyik? - Həkim tövsiyəsi
- Həkim uşaqların soyuqdəyməsindən danışdı: "Əslində, soyuq hava xəstələndirmir"
- Qızdırmanı nə vaxt salmaq olmaz? Həkimdən gözlənilməz açıqlama
- Mövsümi xarakter daşıyan qrip virusundan necə qoruna bilərik? - Nazirlik rəsmisi AÇIQLADI