Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Parkda gecələyən sakin sığınacağa yerləşdiriləcək - DİN-dən AÇIQLAMA
Parkda gecələyən Mingəçevir sakini sığınacağa yerləşdiriləcək.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib.
O qeyd edib ki, parkda gecələyən Mingəçevir şəhər sakini Vitali Zeynalov polis və digər aidiyyəti dövlət qurumunun əməkdaşlarının iştirakı ilə müayinə olunması üçün xəstəxanaya yerləşdirilib.
Müayinələr yekunlaşdıqdan sonra V.Zeynalovun sığınacağa yerləşdirilməsi təmin olunacaq.
Mingəçevir sakini 69 yaşlı Vitali Zeynalov 10 gündən artıqdır ki, parkda gecələyir. O iddia edir ki, oğlu və keçmiş həyat yoldaşı iki evini satıblar.
"Evimi satıb, pulu da bölüblər. Oğlumun avtoservisi, mağazası var. Maşın alveri ilə də məşğuldur", - deyə Baku TV-yə açıqlamasında söyləyib.
Vitali Zeynalovun sözlərinə görə, o, gənc yaşlarında Mingəçevirdə taksi fəaliyyəti ilə məşğul olub. Daha sonra Rusiyaya gedərək müxtəlif sahələrdə çalışıb. 18 il əvvəl həyat yoldaşından boşanıb.
Hazırda səhhətində problem olan 69 yaşlı kişi qocalar evinə yerləşdirilməsini istəyir.
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Yol kənarındakı ağaclar təhlükə yaradır: Qurumuş budaqlar niyə budanmır?
- Sənədsiz evlərin tükənməyən dərdi: Minlərlə insanın aqibəti necə olacaq?
- Daşkəsəndə tibb məntəqəsi yararsız vəziyyətdə: Damı uçub, palata yoxdur
- İsmayıllıda kanalizasiya xəttində QƏZA: Çirkab suları ətrafa yayılıb
- İsmayıllıda damı uçan vətəndaşa aidiyyəti qurumun cavabı: "Sığorta yoxdur deyə nəsə edə bilmirik"
Rəylər