Bütün abituriyentlər sənəd qəbulu zamanı iki qrup qeyd edə bilərdilər. Onlar birinci və dördüncü qrupdan hansısa birini seçib, eyni zamanda da beşinci qrupu seçərək, ixtisas seçimi ərizələrini dolduran zaman həm ikinci, həm də beşinci qrupun ixtisaslarını qeyd edə bilərdilər.
Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ilə əlaqədar baş tutan canlı yayımda deyib.
O bildirib ki, ikinci qrupu seçən abituriyent beşinci qrupun ixtisaslarını da seçə bilər:
“İxtisas seçimi ilə bağlı ardıcıllıq seçim edənlərin özünə həvalə edilir. Eləcə də əyani və qiyabi təhsil formasının seçilməsi də fərdilik prinsipidir. Odur ki, ixtisas seçimi, ardıcıllıq məsələsində hər kəs özü qərar verməlidir. Əgər sizə önəmli olan ikinci qrupun ixtisaslarıdırsa ilk onları qeyd edib, daha sonra beşinci qrupun ixtisaslarını seçə bilərsiz”.
Könül Cəfərli