Ağdərədə minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasından (RMX) bildirilib:
"1988-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi Bərdə RMX-nin Reanimasiya şöbəsində davam etdirilir.
Partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozları təyin edilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir".
Şükufə Süleymanlı