Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Aktyor Möylə Mirzəliyev reanimasiyaya köçürülüb
Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin vəziyyəti kritik ağır qiymətləndirilir.
Bu barədə Oxu.Az-a "Yeni klinika"dan məlumat verilib.
Bildirilib ki, aktyor gecə reanimasiyaya köçürülüb, süni tənəffüs aparatına qoşulub.
Xatırladaq ki, Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin səhhətində problemlər yaranıb. Aktyor fevralın 14-də "EGE Hospital"da spinal stenoz (bel kanalının daralması - red.) diaqnozu ilə əməliyyat olunub. Əməliyyatdan sonra aktyor hərəkət qabiliyyətini tamamilə itirib.
Aləmdə Nəsib
"Möylə Mirzəliyev" teqi üzrə xəbərlər
Ən çox oxunanlar