Bu gün ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti üzrə proses müşavirədən sonra davam etdirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmənin qərarına əsasən, şikayət təmin edilməyib.
A.M.
12:39
Bu gün ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti üzrə proses davam etdirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə tərəflər çıxış ediblər.
Bundan sonra məhkəmə heyəti müşavirəyə gedib.
Məhkəmənin qərarı bu gün saat 15:00-da elan olunacaq.
A.M.