Türkiyənin tanınmış müğənnisi Alişan Xocalı soyqırımı haqda yazıb.
Oxu.Az xəbər verir ki, müğənni sosial şəbəkədə soyqırım görüntülərinə baxdıqca dəhşətə gəldiyini bildirib:
“Xocalı soyqırımı 23 il əvvəl azərbaycanlı qardaşlarımıza qarşı ermənilər tərəfindən törədildi. Hər il bu vəhşilik anıldıqca bunu edənlərin insan olmadığına inamım qat-qat artır. Bunu edənlər illərdir bizi soyqırım törətməkdə günahlandıranlardır. İnşallah, Allah bir də bizə belə bir hadisə yaşatmaz. Xocalıda qətlə yetirilən bütün şəhidlərimizə Allah rəhmət etsin. Unutmayacağıq”.
