Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ağdamda minaya düşən ANAMA əməkdaşının GÖRÜNTÜLƏRİ
Ağdamda minaya düşən ANAMA əməkdaşı 1997-ci il təvəllüdlü Hasil Eldar oğlu Yusubovun görüntüləri yayılıb.
Oxu.Az Bizim.Media-ya istinadən həmin görüntüləri təqdim edir:
13:10
Mayın 28-də Ağdam rayonunun işğaldan azad edilmiş Sırxavənd kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Oxu.Az-a Baş prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər icra olunub:
"Hazırda Hasil Yusubovun vəziyyəti stabil olmaqla müalicəsi xəstəxanada davam etdirilir".
10:44
2024-cü il 28 may tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.
Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti birgə məlumat yayıb.
Bildirilib ki, agentliyin əməkdaşı 1997-ci il təvəllüdlü Hasil Eldar oğlu Yusubov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində sol ayağın topuq nahiyəsindən amputasiyası olunub.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.
"Mina partlayışı" teqi üzrə xəbərlər
- Minaya düşərək ölən jurnalist Sirac Abışovun son anlarında nə yaşandı?
- Goranboyda minaya düşən şəxsin vəziyyəti açıqlanıb
- Kəlbəcərdə traktor minaya DÜŞDÜ: Yaralı var - TƏFƏRRÜAT
- Mal-qaraya görə həyatını riskə atdı: Üç uşaq atasının minaya düşməsinin TƏFƏRRÜATI
- XİN: "Ermənistanın Azərbaycana qarşı mina terroru nəticəsində 397 nəfər həlak olub və ya yaralanıb"