Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
AQTA: Azərbaycanda 238 adda toksik maddənin tətbiqi və dövriyyəsi qadağan edilib
İstifadəyə yararsız pestisidlərlə bağlı ölkədə mövcud olan problemlərlə bağlı ilkin təkliflər hazırlanıb və hökumətə təqdim olunub.
APA xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bitki mühafizəsi ilə bağlı keçirilən regional tədbirdə deyib.
O bildirib ki, pestisidlərin saxlandığı anbarlarda, satış obyektlərində, o cümlədən onların tətbiq olunduğu bitkiçilik təsərrüfatlarında kifayət qədər dövlət qeydiyyatına alınmamış, yararlılıq müddəti bitmiş, həmçinin keyfiyyət parametrləri normativlərə uyğun olmayan saxta preparatlar aşkarlanıb.
“Bununla yanaşı il ərzində yararlılıq müddəti bitmiş və istifadəyə yararsız hesab edilən tonlarla pestisid agentliyin rəyi ilə dövriyyədən çıxarılıb. Hazırda ölkəmizdə ilkin mübarizə üsullarla mübarizə tədbirlərinin gücləndirilməsi, zərərli kimyəvi məhsullardan istifadənin minimuma endirilməsi prioritet vəzifələrdəndir. 238 adda toksik maddənin ölkəmizdə tətbiqi və dövriyyəsi qadağan edilib”.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- AQTA quş qripinə görə Dövlət Gömrük Komitəsinə müraciət etdi
- Bakıda ayı əti SATILIR - İDDİA
- AQTA Türkiyədəki kütləvi zəhərlənmə ilə bağlı nəzarət tədbirlərini GÜCLƏNDİRDİ
- Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır
- Çin və Rusiyadan idxal edilmiş kürünün "Azerbaijan Caviar" adı ilə satışa çıxarıldığı aşkarlanıb