Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri vəzifəsindən azad edilən Elxan Mikayılovun yeni iş yeri məlum olub.
O, Oxu.Az-a açıqlamasında bildirib ki, öz xahişi ilə vəzifədən ayrılıb və fəaliyyətini özəl sektorda davam etdirəcək.
Belə ki, Elxan Mikayılov "ASR Development Consulting Group" MMC-nin baş direktoru vəzifəsinə təyin edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri Elxan Əvəz oğlu Mikayılov vəzifəsindən azad edilib.
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı AQTA sədri Qoşqar Təhməzli əmr imzalayıb.
Qeyd edək ki, E.Mikayılov Agentlikdə aparat rəhbəri, sədrin müşaviri və Qida təhlükəsizliyi şöbəsinin müdir müavini vəzifələrində çalışıb.