Dünya bir yerdə dayanmır, texnologiyalar inkişaf edir və milli brendlərin çoxu bizneslərinin irəliləyişi üçün interneti güclü bir alət kimi kəşf edirlər. Bu işdə onlara gənc, lakin artıq əla rəylər və etibar qazana bilən “Cubics” şirkətinin “Brandonline” platforması kömək edir.
Son hadisələr göstərdi ki, alıcıların əksəriyyəti onlayn sifarişlərin vaxta və pula qənaət etdiyini anlayıb. Həqiqətən, əgər aldığınız əşya sizə “göndərilirsə”, o zaman niyə harasa getməlisiniz?
İnternetdə biznesin inkişafı sahibkarlar üçün də faydalıdır, çünki o, əlavə gəlir etməyə və alıcıların loyallığını artırmağa imkan yaradır. Bundan əlavə, sizin üçün region hüdudlarından kənara çıxmaq və müştəri bazasını mühüm dərəcədə genişləndirmək üçün fürsət yaranır.
Əgər siz fiziki satış nöqtələrindən imtina edərək, mağazanızı tam şəkildə internetdə yerləşdirməyə qərar verirsinizsə, bu halda əsas müsbət cəhət icarə haqqının ödənməsinə ehtiyacın qalmamasıdır.
Bununla da, internet-satış həm ilk dəfə sahibkar kimi çıxış etməyə cəhd edənlər üçün, həm də arxasında artıq müəyyən dərəcədə biznes təcrübəsi olanlar üçün uyğundur.
İnternet mağaza olduğu halda, ziyarətçi alış-veriş haqqında qərarını baş səhifənin görünüşünə, məhsulunu təsvirinə və foto şəkilinə əsaslanaraq verir. Hətta bu nöqteyi-nəzərdən “Brandonline” tam şəkildə bütün müasir tələblərə cavab verir.
Məhsul çeşidinin internetə yüklənməsini, zəruri mətni hissənin əlavə olunmasını və fərdi domen adı ilə internet səhifəsinin işə buraxılmasını nəzərə alaraq, layihə tam olaraq sahibkara sadəcə üç həftə ərzində təhvil verilir.
Onlayn mağazanı şablona bağlılıq olmadan brendin firma üslubunda işə salmaq mümkündür, əlavə olaraq siz Android və iOS əməliyyat sistemləri bazasında istifadəyə hazır olan mobil tətbiqləri də əldə edirsiniz.
“Brandonline” platforması “Xurcun”, “Clouds Kids Store”, “ELFF” və digər milli brendlərlə əməkdaşlıq nəticəsində artıq bir çox uğurlu layihələrə imza atıb. Siz də cəhd edin!
“Brandonline” texnologiyası haqqında daha ətraflı məlumatı www.brandonline.az saytında və ya (+994 12) 480 15 74 telefon nömrəsinə zəng edərək əldə edə bilərsiniz.