Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Aşağı Ləgər kəndində təhlükə saçan işıq dirəyi hər an aşa bilər
Qusar rayonunun Aşağı Ləgər kəndində elektrik dirəyi təhlükəli vəziyyətə düşüb.
Bununla bağlı Oxu.Az-a məlumat daxil olub.
Qeyd olunub ki, uzun müddətdir ki, yararsız vəziyyətdə olan dirək son günlər tamamilə əyilib və ətrafdan keçən sakinlər üçün təhlükəli vəziyyət yaradıb.
Məsələ ilə bağlı "Azərişıq" ASC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əyilmiş dayaq sabah düzəldiləcək.
"Qeyd edək ki, Aşağı Ləgər - layihələndirilmiş kəndlərdəndir. Mart ayından etibarən kənddə iş başlayacaq və elektrik şəbəkəsi tam olaraq yenidən qurulacaq: bütün dayaqlar, transformator, yeni sayğaclar, bütün izolyasiyalı naqillər və s. - hamısı yenilənəcək. Hazırda Qusarın dörd kəndində bu işlər görülür və yekunlaşmaq üzrədir. O işlər bitən kimi Aşağı Ləgər kəndində işlərə start veriləcək",- deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Ağdaşda məktəblilər üçün böyük TƏHLÜKƏ: "Piyada nişanı var, xətti isə yoxdur"
- Masazırda içməli su dörd aydır küçəyə axır: "Qaza bilmərik, qurumların icazəsi lazımdır"
- Bir çox avtomobil nömrələrini RADARLAR SƏHV "GÖRÜR": Ölkəyə yeni nömrəoxuyan cihazlar gətiriləcək?
- Yanacaqdoldurma məntəqəsindən ŞİKAYƏT: "62 litrlik çənə 63 litr yanacaq necə vurulub?"
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT